Ömrünün son baharını tənha keçirən qadın: "Laçına getmək istəyirəm..."

Onu teatr sahəsində çalışanlar yaxşı xatırlayar yəqin. Bir vaxtlar həyatı ticarət sahəsindən tutmuş teatr işinə qədər müxtəlif məşğuliyyətlərlə keçib. Hətta ötən əsrin sonlarında teatr tamaşaları üçün tikdiyi kostyumlara görə məhşurluq da qazanıb... 

Özü Laçında anadan olsa da, tale onu uzaq ölkələrə qədər aparıb. Həyatın bəxş etdiyi keşməkeşləri minbir çətinliklə olsa da yaşamağa çalışıb. Sonda isə qismətinə tənha yaşamaq yazılıb.