Ağdamda irigövdəli ağaclar kəsilib

Ağdam rayonunun İmamqulubəyli kəndi ərazisində bir neçə irigövdəli şam ağacı kəsilib. Doğranmış gövdələr ərazidən götürüldükdən sonra burada ağac kəsilməsinin izini itirmək məqsədilə bitkilərin kökü üzərində ocaq qalanıb. Amma ağacların qol-budağı ərazidə kəsinti işlərinin yeni aparıldığını biruzə verir.

Xatırladaq ki, ağacların kəsilməsi faktı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin inzibati binasının yaxınlığında qeydə alınıb.