Əsgərini zəncirləyən generalın qolu qandala könüllü uzanar ...

Qarabağ İqtisadi Rayonunda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra qondarma quruma rəhbərlik etmiş bir neçə nəfərin və Qarabağdakı qanunsuz hərbi birləşmələrə komandirlik etmiş iki generalın həbsi bu gün nəinki Azərbaycan və Ermənistan mətbuatının, eləcə də dünyanın bir çox ölkəsində media qurumlarının diqqət mərkəzindədir.


Keçmiş dırnaqarası “prezident”lər Arkadi Qukasyan, Bako Saakyan və Arayik Harutyunyanın Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilməsi Ermənistan cəmiyyətində şok effekti yaratdı. Əslində, Azərbaycanda da bu xəbərlər tamamilə gözlənilməz və inanılmaz təsir bağışladı.

Erməni “lider”lərlə paralel Ermənistan sialhlı qüvvələrinin iki generalı-Qarabağdakı qondarma rejimin “ordu”sunun rəhbərlərindən biri, separatçı “general-leytenant” Levon Mnatsakanyan və Davit Manukyanın Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həbs edildiyi məlumdur.

Qarabağın taleyindəki qara zaman kəsiyində at oynatmış bu ermənilərin hamısı Bakıya gətirilib.

İndiyədək saxlanılanların arasında bircə, qondarma rejimin “xarici işlər naziri” olmuş Davit Babayan özünü ləyaqətli aparmağa çalışa bilib. Həbs ediləcəyini, onu nələrin gözlədiyini bildiyi halda, təslim olmaq üçün özü müraciət edib. Əslində, başına bir güllə də sıxa bilərdi... Amma görünür ki, ya Azərbaycan xalqının mərhəmətliliyinə inamı olub, ya da hansısa qeyri-müəyyən ümidlərə ümid bəsləyib...

Saxlanılan erməni generalından heç birinin cəsarəti çatmadı ki, məğlubiyyətini həzm edib təpəsinə bir güllə çaxsın... İkisi də, şansa ümid bağlayıb aradan çıxmaq istəyi ilə Laçın sərhəd-buraxılış məntəqəsinə üz tutub.

Ləyaqətli general, zabit şərəfi olan komandir, ən azından, xidməti otağında öz gülləsi ilə öz həyatına nöqtə qoyardı... İki generalın illərlə düşmən hesab edib vuruşduğu qarşı tərəfin qandalına qol uzatması Ermənistan ordusunda döyüşçü ləyaqətinin yoxluğuna ən gözəl nümunədir.

Bir neçə gün bundan əvvəl həbsi ilə bağlı xəbərlər yayıldıqdan sonra Əsgərandakı evinin ünvanını yazıb orada olduğunu bildirən Vitali Balasanyan ortada yoxdur...

Ən qorxaq əsgər döyüş meydanından qaçanda, heç olmaya, savaşmaqdan, ölməkdən qorxduğunu deyib gedir... Vitali Balasanyan nəinki generala, heç ən qorxaq əsgərə yaraşmayacaq bir tərzdə ortadan çəkilib. Özü də, həbsi ilə bağlı yayılan məlumatlara evində olduğunu deməklə reaksiya verdikdən sonra yoxa çıxıb.

Mümkündür ki, Vitali Balasanyan özü üçün haradasa bir döyüş mövqeyi qurub onun həbsi üçün gələnləri gözləyir: Ən sonda atışıb ölmək üçün. (Əgər belə olsa, onun haqqında tərəddüd etmədən realist bir nekroloq yazacam...) Ya da, dağlara-daşlara çəkilib sərhədi hansısa formada keçib Ermənistana adlamaq üçün fürsət gözləyir. Buna nail olsa, Ermənistanda yekə-yekə danışmağa “üzü” olacağını düşünür yəqin ki... Amma unutmamalıdır ki, sağ-slamat İrəvana gedib çata bilsə də, məğlub kimi getmiş olacaq. Generala xas gediş olmayacaq onun Emənistana yetişməsi...

Vitali Balasanyan 88-ci illərdə azərbaycanlılarla sıx münasibətdə olub. Kişiliyin nə demək olduğunu az-çox anlamalıydı... Onun Ağdamda yediyi çörəyin, içdiyi suyun, udduğu havanın hədər getdiyi müharibə günlərində bəlli oldu.. Vitalidən generallıq gözləmək, ən pis halda sadəlöhvlükdür. O, qırğına verdiyi bədbəxt erməni uşaqlarının valideynləri qarşısında intihar eləmədisə, antiterror əməliyyatlarının nəticəsində məğlubiyyətini qəbul edib həyatına son qoymadısa... Bütün dünyaya sübut elədi ki, bu 30 ildə Ermənistan ona hərbi yardım edən bütün dövlətləri ələ salıb.

Vitali Balasanyan Ermənistana hərbi və maddi dəstək olan ölkələrə, güc mərkəzlərinə, düşmənçilik “istehsal edən” institutlara izah elədi ki, onlar nə qədər köməklik etsələr də, erməni zabitində zabit şərəfi formalaşdıra bilməyəcəklər... Onlar nə qədər çalışsalar da, ləyaqətli erməni generalı yetişdirə bilməyəcəklər... Ləyaqət milli məvhum, genetik məsələdir... Titulda, vəzifədə, mundirdə, mövqedə deyil...

Balasanyan general kimi özünə qəsd etməsə, erməni xalqının nə vaxtsa əsgər yetişdirə bilmək istəyini həmişəlik dəfn edəcək...

Necə ki, 44 günlük Vətən müharibəsində döyüş əməliyyatı zonasında təkbaşına buraxılan, başsız qalan, pərən-pərən düşən erməni əsgərlərinin bir neçəsi taleyin verdiyi şans sayəsində sağ qalıb Ermənistana qayıtdıqdan sonra müsahibələrində, açıqlamalarında bunu dönə-dönə təsdiqlədilər…

Erməni zabitinin şərəf anlayışının sıfırdan aşağıda olduğunu istər müharibə dövrü, istərsə də lokal xarakterli antiterror tədbirlərində məhv edilmiş erməni əsgər və zabitlərin valideynlərinin nalələrindən aydın sezmək mümkündür.

Erməni komandirlərinin davranışı bir amili də mütləq şəkildə ortaya qoydu: bu xalq bundan sonra da həmişə ancaq terrorçu doğa biləcək...

Döyüş günlərində savaşmağa özündə cəsarət tapa bilməyən xaricdəki ermənilər müharibə və antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycanı terrorla hədələməyə başladılar. Bu da onların döyüşçü yox, terrorçu kimi doğulub böyüdülmələrinin ən incə məqamlarından qaynaqlanır.

2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-a qədər gedən döyüşlərdə işğaldan azad edilmiş ərazilərdə ermənilərin döyüş mövqelərində posta, hərbi nəqliyyat vasitələrində maşınların əyləcinə zəncirlənmiş xeyli sayda erməni əsgərinin meyiti aşkarlandı. Söz yox ki, onların hamısı Azərbaycan Orudusu tərəfindən döyüşdə məhv edilmişdi.

Döyüşdən qaçmamaq üçün, qaça bilməmək üçün zəncirlənən erməni əsgərləri onlara komandirlik edən zabitlər tərəfindən bu addımla ən amansız şəkildə təhqir edilmişdilər. Azərbaycan hərbiçiləri onları məhv etməklə, özləri tərəfindən uğradıqları təhqirdən, alçaldılmalardan xilas etdi.

Əsgərini döyüş mövqeyinə zəncirləmək, erməni zabitinin onu böyüdən öz xalqına mansibətinin ən aydın nümunəsidir. Ona görə də, düşmən dediyi tərəfin qandalına qol uzatmaq erməni generalı üçün su içimi qədər adi bir haldır.

Müharibə günlərində yaralı şəkildə əsir düşən Azərbaycan hərbçilərinə qarşı ermənilərin göstərdiyi münasibət də Ermənistan ordusunda döyüşçü ləyaqətinin, əsgər mərdanəliyin olmadığına növbəti isbat idi.

Həmin hadisələrdə Ermənistan Ordusunun Qarabağdakı qalıqlarına, qanunsuz erməni silahlı dəstələrinə komandirlik edənlər bu gün Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən, yaxud da ədalət mühakiməsindan qaçmağa çalışan, düşmən dediyi azərbaycanlıların qarşısına çıxmağa cəsarəti, nə öz xalqının gözünə dik baxmağa haqqı olmayan generallar idi.

Öz xalqının tarixində bir ovuc kül kimi qalan Ermənistan ordusu son 30 ildə deməli, komandir yetişdirə bilməyib. Yetişdirə də bilməzdi… Çünki onlar heç vaxt öz gücləri ilə döyüşməyiblər… Həmişə kiminsə havadarlığı altında silah tutmağa cəsarət tapıblar.

Onlar üçün zabit, komandir, əsgər yetişdirmək yox, böyük güclərin oyununda icraçılıq daha vacib olub.

Ona görə də, cəngavərlik anlayışı, sərkərdəlik hünəri erməni zabitlərindən min işıq ili qədər uzaqdır.

Sərkərdə yetişdirməyən ordu nə qədər güclü olursa-olsun, gec-tez rəqibin ayaqları altında tarixin qara səhifəsinə qovuşur...

Teymur Zahidoğlu
Ordu.az