ANAMA əməkdaşı Şuşanın Qaybalı kəndində minaya düşüb

 Şuşanın Qaybalı kəndində mina  hadisəsi baş verib. ANAMA-nın yaydığı xəbərə görə, bu qurumun əməkdaşı, 1981-ci il təvəllüdlü Quliyev Elçin Aydın oğlu xidməti vəzifəsini yerinə yetirdiyi zaman piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumat yaydığı məlumatda bildirilir ki, xəsarət alan Elçin Quliyevə “Sağ ayağın amputasiyası” diaqnozu qoyularaq, Agentliyin paramediki tərəfindən yerində ilkin tibbi yardım göstərilib və o, Şuşa rayon xəstəxanasına təxliyə edilib. Hazırda vəziyyəti stabildir.

Faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.