Daha bir köç karvanı doğma Füzuli şəhərinə çatıb

 Bakı şəhəri  Qaradağ rayonu ərazisində məskunlaşdırılmış keçmiş məcburi köçkün ailələrindən daha bir neçəsi doğma rayona yola sallınıb.

Füzuli şəhərinə çatan sakinlərlə görüş keçirilib.

Yeni köçürülən ailələrə mənzillərin açarlarının təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsininin, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinindən verrilən xəbərə görə, bu mərhələdə Füzuli şəhərinə üzvlərinin ümumi sayı 140 nəfərdən ibarət olan 39 ailə

Bununla da Füzuli şəhərində 2979 nəfərdən ibarət 783 ailənin daimi yaşayışı təmin edilib.