Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi hazırlıq
planına əsasən, Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa
çatıb.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, ssenariyə
uyğun olaraq, müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilən təlimlərə
cəlb edilən bölmələr ehtiyat və təyinat
rayonlarına çıxarılıb, idarəetmə orqanlarının ərazidə açılması və maskalanması
təmin olunub.
Təlimlərdə müxtəlif tapşırıqların icrası üzrə fəaliyyətlər
xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə əsasən, qəbul edilmiş
qərarlara dair komandirlərin məruzələri dinlənilib.
Komanda-qərargah təlimləri zamanı qarşıya qoyulan
bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
Komandir heyətinin çevik qərar qəbuletmə
bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb
şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsi
məqsədilə keçirilən təlimlərdə hərbi qulluqçular yüksək peşəkarlıq və əzm
nümayiş etdiriblər.