Laçın şəhərində peşə yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ​ Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Laçın şəhərində “Laçında peşə öyrən!” adlı yarmarka keçirib.

Yarmarka Laçın şəhərini iki hissəyə bölən Həkəri çayının sahilində açıq havada təşkil olunub. Laçın şəhəri və rayonun Zabux kəndinin sakinlərinə Laçında fəaliyyət göstərən 15-ə yaxın işəgötürən tərəfindən 40-dan çox peşə istiqaməti üzrə iş təklif olunub, həmçinin iştirakçılara master-klaslar keçirilib. Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyini bu qurumun rəsmisi  Hüseyn Quliyev, Dövlət Məşğulluq Agentliyini isə Agentliyin İdarə Heyəti sədr müavini Ülvi Abasquliyev təmsil edib. İşəgötürənlər və tədris müəssisələrinin nümayəndələri də yarmarkada yaxından iştirak edib.