Bərdədə xəstəxanaya çatdırılan körpəni xilas etmək mümkün olmayıb

Bərdədə xəstəxanaya çatdırılan körpəni həyata qaytarmaq mümkün olmayıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən xəbərə görə,  Tərtər rayonunun Seydimli kənd sakini 2024-cü il təvəllüdlü Mələk Əlişova kəskin pinevmaniya diaqnozu ilə müalicə müsəssinə gətirilib. 3 aylıq körpə dərhal həkim nəzarətinə götürülüb. Bütün tibbi yardımlara baxmayaraq, həkimlər uşağın həyatını xilas edə bilməyib.

Doğulduqdan bir müddət sonra körpənin ürək əməliyyatı keçirdiyi bildirilir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.