Tərtərdə qəzaya düşən sürücü həyatını itirib


Tərtər rayonu ərazisində ölümlə nəticələnən yol qəzası qeydə alınıb. 

Hadisə Bərdə-Ağdam magistral yolunun Tərtər rayonunun Hüsənli kəndindən keçən hissəsində baş verib.

Qəza 1989-cu il təvəllüdlü İsrafil həsənovun idarə etdiyi  "VAZ-2107" və 1975-ci ildə anadan olmuş Rövşən Əliyevin idarəetməsində olan "BMW" markalı minik avtomobillərinin toqquşması nəticəsində törəyib. Hər iki sürücü xəsarət alıb.

“VAZ-2107" markalı avtomobilin sürücüsü xəstəxanaya aparılarkən yolda keçinib. Digər sürücü isə Bərdə rayonunda xəstəxanaya yerləşdirilib.

 Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.